Öldürdüyü pişiyi yedi, 1 il həbs cəzası aldı FOTO

04.12.2024

Icma.az, Publika.az portalına istinadən məlumat verir.

ABŞ-da pişiyi öldürüb yeyən şəxsə verilən cəza reaksiyalara səbəb olub.

Publika.az xəbər verir ki, Ohayo ştatında 27 yaşlı Aleksis Ferrell adlı qadın avqust ayında küçədən tutaraq öldürdüyü pişiyi yeyib.

Qonşuların şikayəti ilə hadisə yerinə gələn polisin kamerasına düşən görüntülərdə qadının əllərində və üzündə qan izlərinin olduğu görülüb.

O, işgəncə vermək və heyvan öldürmək ittihamı ilə 1 il həbs cəzasına məhkum edilib.

Roza

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью