Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Cənubi Afrikada safari parkının sahibi baxdığı filin hücumu nəticəsində həyatını itirib.
"Cebheinfo.az" xəbər verir ki, 65 yaşlı Qari Friman turistlər üçün təşkil etdiyi bələdçili gəzinti zamanı fili qorxudaraq uzaqlaşdırmaq məqsədilə tapançasını qaldırsa da, atəş açmayıb. Bu anda fil qəfil sürətlə onun üzərinə hücum edərək Frimanı tapdalayıb və nəticədə o dünyasını dəyişib.
Qeyd olunur ki, Friman daha əvvəl bir fili öldürməkdənsə, onun tərəfindən tapdalanmağa razı olacağını demişdi.
Maşınqayırma ixtisası üzrə təhsil alan Friman universitetdən sonra park mühafizəçisi kimi fəaliyyətə başlayıb. O, 1969-cu ildə Klaseri Özəl Təbiət Qoruğunun həmtəsisçilərindən biri olub.
Əfsanə
"Cebheinfo.az
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin