Icma.az, Mia.az portalına istinadən məlumat verir.
"Beşiktaş" UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk matçında bu gün səfərdə İsveçrə təmsilçisi "Lozanna" ilə qarşılaşacaq.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Ole Qunnar Solskjaer oyundan əvvəl jurnalistlərə açıqlama verib.
O, açıqlamasında deyib:
"Biz oyunçulardan ən yaxşı performansı almağa çalışırıq. Bu klubun transfer siyasətini daha sonra müzakirə edə bilərik. Prezidentimiz və transferlərə cavabdeh olan rəsmilər transferlər üzərində çox çalışırlar. Biz oyunçularımızın keyfiyyətini yüksəltməyə çalışırıq. Bu həftə diqqətimiz Avropadadır."
Fərid
MİA.AZ