Ole Qunnar Sulşer “Beşiktaş”ın baş məşqçisi təyin olunub

17.01.2025

Icma.az, Apa.az portalına istinadən məlumatı açıqlayır.

Türkiyə çempionatı klublarından "Beşiktaş" yeni baş məşqçisini açıqlayıb.

Apasport.az xəbər verir ki, bu barədə İstanbul klubunun mətbuat xidməti məlumat yayıb.

Komanda Ole-Qunnar Sulşerə tapşırılıb. “Beşiktaş” Sulşerlə 1,5 illik müqavilə imzalayıb.

"Qara qartallar" Norveçdən olan 51 yaşlı mütəxəssisin fotosunu paylaşıb.

Qeyd edək ki, o, son olaraq 2021-ci ildə ayrıldığı İngiltərənin "Mançester Yunayted" komandasının baş məşqçisi olub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью