Icma.az, Bizim media saytına istinadən bildirir. Sosial şəbəkələrdə yayılmış bir video geniş müzakirələrə yol açıb.
Videoda bir qadın iddia edir ki, insan dünyasını dəyişdikdən bir müddət sonrayadək ətrafında baş verənləri duyur, dərk edir, amma hər hansı bir reaksiya verə bilmir.Bu iddia nə dərəcədə doğrudur?Məsələ ilə bağlı Bizim.Media-ya danışan ilahiyyatçı Tural İrfan bildirib ki, insan ölən kimi cəsədlə ruh arasında rabitə kəsilir:“Ruhun isə dərhal ilahi dərgaha aparılıb aparılmaması dəqiq məlum deyil.
Bəziləri bildirir ki, ruh meyitin yanında olur, hətta qəbrin içinə qədər düşür, oxunan duaları dinləyir və s.
Peyğəmbər buyurur ki, qəbir kafirlər üçün cəhənnəmdən bir çuxur, möminlər üçün də cənnətdən bir bağçadır.
Tutaq ki, kafir olan biri cəhənnəmdən bir bağçaya yuvarlanırsa, onun ruhu necə azad şəkildə seyr edə bilər? Bu belə deyil.
Hələ imtahan, məhşər başlamamış da Allah kimin günahkar, kimin məsum olduğunu bilir.
Ona əsasən də məhşərə qədər möminlərin ruhlarına, saleh əməlli adanalrın ruhlarına azadlıq verilir.
Bəli, onlar seyr edə bilər, hətta ailələrinə gələ bilər. Ruhun mahiyyəti mücərrəd olduğu üçün eyni zamanda yerdə və göydə, ilahi məqamda təm