Ölən məktəbli qızla bağlı təsirli fakt Foto

22.01.2025

Icma.az, Axar.az saytına istinadən bildirir.

Xəbər verdiyimiz kimi, İmişlidə baş verən yol qəzasında xəsarət alan məktəbli Bakıda xəstəxanada dünyasını dəyişib.

Axar.az Unikal-a istinadla xəbər verir ki, 26 fevral 2015-ci il təvəllüdlü Məhbubə Coşqun qızı Əlizadə bu gün doğulduğu Yalavac kəndində dəfn olunacaq.

Məhbubə ailədə 5 uşaqdan sonuncusu idi.

Onun anası Əlizadə Vahidə Ənvər qızı Məhbubənin hələ bir yaşı tamam olmamış - 10.02.2016 tarixində xəstəlikdən vəfat edib.

Qeyd edək ki, yanvarın 18-də İmişli rayonu Yalavac kəndi ərazisində baş vermiş yol-nəqliyyat hadisəsində 2 nəfər ölüb, əlavə 2 nəfər, o cümlədən YPX avtomobilinin sürücüsü xəsarət almışdı.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью