Ölən oğlunun evini 6 milyona satır

15.11.2026

Axsham.az saytına istinadən Icma.az xəbər verir.

Dünyaca məşhur model Sindi Kroufordun vəfat edən oğlu Presli Gerberin Hollivud Hillsdə yerləşən evi satışa çıxarılıb.

Axşam.az xəbər verir ki, 27 yaşında həyatını itirən Preslinin valideynləri onun mülkünü satmaq qərarına gəliblər.

Təxminən 280 kvadratmetr sahəsi olan malikanə 3 milyon 595 min dollara (təxminən 6 milyon 111 min manat) qiymətləndirilib. Presli evi üç il əvvəl 3,4 milyon dollara alıb.

1955-ci ildə tikilən malikanədə dörd yataq otağı və üç hamam var. Ərazidə ayrıca qonaq evi, hovuz və cakuzi də yerləşir.

İki min kvadratmetrdən çox ərazini əhatə edən mülk yaşıllıqlarla əhatə olunub. Evin pəncərələrindən ətraf kanyonlara mənzərə açılır.

Qeyd edək ki, Presli Gerber sentyabrın 20-də Santa-Monikadakı reabilitasiya mərkəzində vəfat edib. Onun ölümünün səbəbi ilə bağlı araşdırma aparılırdı.

Sindi Krouford və həyat yoldaşı Rendi Gerber oğullarının ölümündən sonra böyük kədər yaşadıqlarını bildiriblər. Model oğlu ilə bağlı paylaşımında onun mehriban, gözəl qəlbli və sevilən biri olduğunu vurğulayıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью