Ölən şəxsin gözləri oğurlandı Foto | Icma.az
Olke.az saytına istinadən Icma.az xəbər verir. Hindistanda ölən 24 yaşlı kişinin gözləri oğurlanıb.
Ölkə.Az “The independent”ə istinadla xəbər verir ki, hadisə Şimal Bihar əyalətindəki dövlət xəstəxanasında bşa verib.
Belə ki, Fantuş Kumar adlı gənc ötən cümə axşamı qarın nahiyəsindən güllə yarası alıb.
Nalanda Tibb Kolleci və Xəstəxanasına yerləşdirilən şəxs bir gün sonra ölüb.
Ailə Kumarın ölümündən sonra cəsədinin yanında olduqlarını, lakin gecə gec saatlarında qısa müddətliyinə oradan uzalaşdıqalarını deyib.
Qayıdanda isə meyitin gözləri yerində olmayıb. “Məsələni araşdırmaq üçün həkim briqadası yaradılıb.
Bu, ciddi bir məsələdir və təqsirkar olanlara qarşı ciddi tədbirlər görülməlidir. Həkimlər siçovulların gözü gəmirdiyindən şübhələnir.
Hadisə ilə bağlı bütün məqamlar araşdırılır. Biz də yarılma hesabatını gözləyirik.
Tam oxu
Xəbəri oxu