Ölən Ukrayna əsgərinin telefonu tapıldı, içindəkilər gündəm oldu | Icma.az
Icma.az bildirir, Axar.az portalına istinadən. Ukraynada davam edən müharibədə həlak olan əsgərlərdən birinin telefonu tapılıb.
Axar.az Globalinfo.az-a istinadla xəbər verir ki, telefonun Quql axtarış bölməsində ən son axtarışa verilənlər bütün dünyada müzakirələrə səbəb olub.
Əsgərin ölmədən öncə xidmət müddətində müharibənin nə zaman bitəcəsi ilə bağlı xəbərlər oxuduğu ortaya çıxıb.
Axtarış başlıqları aşağıdakılardır: “Tramp müharibəni nə zaman bitirəcək?” “Bu müharibə nə zaman bitəcək?” “Tramp müharibəni sonlandıracaq?” “Ukrayna-Rusiya danışıqları”.
Telefonun axtarış bölümünün görüntüsü bütün dünya mediası və sosial şəbəkələrdə müzakirələrə səbəb olub, hər kəsi kədərləndirib.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu