Ölənlər arasında sabiq prezident və Fənərbaxça lı idmançı da var

21.01.2025

Metbuat saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Türkiyənin Bolu bölgəsinin Kartalkaya Xizək Mərkəzindəki hoteldə baş verən yanğın nəticəsində "Orduspor" klubunun sabiq prezidenti Nedim Türkmen də vəfat edib.

Metbuat.az xəbər verir ki, sabiq prezident ailə üzvləri ilə birlikdə dünyasını dəyişib. Nedim Türkmen 2009-2014-cü illərdə "Orduspor"un prezidenti vəzifəsində çalışıb. Bundan əlavə, yanğın nəticəsində "Fənərbaxça" idman klubunun idmançısı, üzgüçü Vedia Nil Apak da həlak olub. Məlumatda qeyd olunur ki, 11 yaşlı üzgüçü ilə yanaşı, anası Ferda Apak da vəfat edib.

Qeyd edək ki, "Kartalkaya" Xizək Mərkəzinin hotelində baş verən yanğın nəticəsində ölənlərin sayı 66 nəfərə çatıb, 51 nəfər yaralanıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью