Ölənlər hamınızın bildiyindən daha çoxdur Tramp rəqəmləri açıqladı

24.01.2025

Icma.az bildirir, Turkstan.az portalına istinadən.

Rusiyanın müharibədə itkiləri Ukraynaya nisbətən daha çoxdur.

Turkustan.az UNIAN-a istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp deyib.

O, Ukraynanın müharibədə azı 600-700 min insan itirdiyini bildirib. Rusiya isə 800 min hərbçi itirib.

Tramp söhbətin yalnız hərbçilərdən, yoxsa mülki vətəndaşlardan getdiyini açıqlamayıb.

"Ölənlər hamınızın bildiyindən daha çoxdur", - Tramp bildirib.

ABŞ lideri qeyd edib ki, müharibə mümkün qədər tez başa çatdırılmalıdır.

Qeyd edək ki, bundan əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski Ukraynanın 43 min hərbçi itirdiyini bildirmişdi. /Report/

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью