Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Rusiyanın hücumları nəticəsində Ukraynanın Ternopol bölgəsində həyatını itirənlərin sayı 19 nəfərə çatıb.
"Cebheinfo.az" “UNIAN“a istinadən xəbər verir ki, xəsarət alanların sayı 60 nəfəri ötüb.
Yaralananlardan 16-sı uşaqdır.
11:54
Rusiyanın Ternopola hücumu nəticəsində azı 9 nəfər ölüb.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski özünün “X” hesabında məlumat verib.
Onun sözlərinə görə, Rusiya ötən gecə Ukraynaya 470-dən çox dron və 48 raketlə hücum edib.
“Ternopolda 9 mərtəbəli yaşayış binasına zərbə endirilib. Zərbə yanğına səbəb olub. Dağıntılar altında qalanlar ola bilər. 9 nəfər həyatını itirib. Xarkova hücumda isə onlarla xəsarət alan var. İvano-Frankovs regionunda enerji infrastrukturumuza edilən hücumda 3 nəfər yaralanıb, onların ikisi uşaqdır” Zelenski qeyd edib.
Prezident Kiyev, Donetsk, Çernihiv, Dnepr və digər bölgələrə də hücumlar edildiyini bildirib.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin