Konkret.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Kriminal aləmdə “Oleq Bakinski” ləqəbi ilə tanınan Oleq Krapivinin məhkəməsi başlayıb.
KONKRET.az apa-ya istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən hazırlıq iclasında anket məlumatları dəqiqləşdirilib.
Prosessual qaydalara uyğun olaraq, təqsirləndirilən şəxslər tərcüməçi ilə təmin olunub.
Təqsirləndirilən Oleq Krapivin milliyyətinin rus olduğunu bildirib: “Mən bakılıyam, Azərbaycanca sərbəst anlayıram və oxuyuram.
Tərcüməçiyə ehtiyacım yoxdur”. Konstantin Kuçerin vəkili məhkəmə qarşısında vəsatət qaldırıb: “Banklarda, zərərçəkmiş şəxslər arasında bağla
Müstəqil auditor cəlb olunsun və cinayət işində onun rəyi nəzərə alınsın”.
Zərərçəkmişin köynəyində qana bənzər ləkələr olub, amma o ləkədən götürülən nümunələrə cavab yoxdur.