Konkret.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
ABŞ-ın birinci xanımı Melaniya Tramp Ukraynanın Xerson vilayətində yerləşən Oleşki şəhərində baş tutan humanitar missiyanı uğurlu adlandırıb.
KONKRET.az xəbər verir ki, Melaniya Tramp bu barədə X sosial şəbəkəsindəki hesabında paylaşım edib.
O, əməliyyatın həyata keçirilməsinə verdikləri dəstəyə görə Kiyev və Moskvaya minnətdarlığını bildirib.
“Atəşkəs rejiminin müddəti başa çatıb. Missiya uğurla həyata keçirildi. Amerika adından Oleşkidə atəşkəsin təmin olunması ilə bağlı göstərdikləri liderlik və əməkdaşlığa görə Rusiya və Ukraynaya təşəkkür edirəm. Ümidvaram ki, Oleşkidə baş verənlər iki ölkə arasında davamlı sülhün əsasını qoyacaq. Atəşkəs oktyabrın 27-də qüvvəyə minib və noyabrın 1-dək davam edib”, – deyə ABŞ-ın birinci xanımı qeyd edib.
Xatırladaq ki, bundan əvvəl Rusiya və Ukrayna Melaniya Trampın vasitəçiliyi ilə Xerson vilayətinin Oleşki şəhərində humanitar əməliyyatın keçirilməsi üçün müvəqqəti atəşkəs barədə razılığa gəlmişdi.