Footbal-plus saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Fevralın 4-də 2026-cı il Qış Olimpiya Oyunlarının yarış proqramına start verilib.
"Football-plus.az" xəbər verir ki, çərşənbə axşamı körlinqçilər mübarizəyə başlayıb. Lakin “Kortina d'Ampezzo” arenasında elektrikin kəsilməsi səbəbindən oyunlar başlayandan təxminən 5 dəqiqə sonra dayandırılıb.
Qısa fasilədən sonra mübarizə bərpa olunub. İsveç və Koreya, Böyük Britaniya və Norveç, Çexiya və Kanada, eləcə də Estoniya və İsveçrə komandaları qarışıq qoşa yarış üçün buz meydançasına çıxıb.
Xatırladaq ki, İtaliyada keçirilən Qış Olimpiadasının açılış mərasimi bu gün, Bakı vaxtı ilə saat 23.00-da başlayacaq. Yeri gəlmişkən, mərasimin təşkilatçıları şou üçün bilet satışında problemlərlə üzləşib. “La Repubblica”nın yaydığı məlumata görə, açılış mərasimi üçün iki bilet birinin qiymətinə satılır.
Sektordan asılı olaraq, oturacaq başına qiymət 260 avrodan 2026 avroya qədər dəyişir. Bu səbəbdən də stadionda 10 min oturacaq boş qala bilər.