GlobalInfo saytına istinadən Icma.az xəbər verir.
Respublika Fənn Olimpiadalarının yarımfinal mərhələsində dörd sualda kiçik texniki səhv olub.
Globalinfo.az xəbər verir ki, bu barədə APA-ya Azərbaycan Respublikası Təhsil İnstitutundan məlumat verilib.
“Doqquz sualda səhv olduğu ilə bağlı iddialar əsassızdır. Dörd sualda səhv olub və həmin sualların cavabı bütün iştirakçıların xeyrinə həll olunub”, – məlumatda bildirilib.
Qeyd edək ki, mediada Respublika Fənn Olimpiadalarının 23 fevralda yuxarı yaş qrupları üçün keçirilən yarımfinalında riyaziyyat üzrə verilmiş 30 sualdan 9-nun səhv olduğunu iddia edən xəbərlər yayılıb.