Olimpiadanın bürünc medalçısı ildırım vurması nəticəsində həlak olub

16.07.2025

Icma.az bildirir, Gununsesi portalına istinadən.

2010-cu il Olimpiya Oyunlarının bürünc mükafatçısı, norveçli sərbəst xizəkçi Eudun Qrönvold ildırım vurması nəticəsində dünyasını dəyişib.

Gununsesi.info xəbər verir ki, bu barədə idmançının həyat yoldaşı Kristin Tandberq Hauqsya məlumat yayıb.

İdmançının həyat yoldaşı sosial şəbəkədə yazıb: “Gözəl yay tətili ilə başlayan həyat ötən şənbə günü bağçamızda olarkən səni ildırım vurması ilə başa çatıb. Tez müalicə olunaraq xəstəxanaya çatdırılmağına baxmayaraq, dünən gecə aldığın xəsarətlərdən vəfat etdin”.

Qeyd edək ki, Qrönvold idman karyerasına dağ xizəkçisi kimi başlayıb, lakin 2004-cü ildə sərbəst idmana keçib. 2010-cu ildə Olimpiadada xizəklə kross üzrə bürünc medal qazanıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью