“Olimpiakos”un baş məşqçisi: “Mbappeni necə dayandıraq? O, artıq dayanıb”

26.11.2025

Icma.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır.

“Olimpiakos”un baş məşqçisi Xose Luis Mendilibar Çempionlar Liqasının 5-ci turunda “Real Madrid”ə qarşı keçiriləcək qarşıdan gələn oyun barədə danışıb.

İdman.Biz bildirir ki, oyun bu gecəyarısı başlayacaq.

“Real Madrid”in hansı heyətdə oynamasından asılı olmayaraq, bu, çətin bir matçdır, çünki onların oyunçuları çox güclüdür. Və onlar bizə heç bir üstünlük verməyəcəklər: özümüz qazanmalıyıq.

Düşünmürəm ki, onları təəccübləndirə bilərik, necə ki, onlar bizi təəccübləndirməyəcəklər. Ən yaxşı tərəfimizi göstərməliyik. Əgər bu, ilk hücum deməkdirsə, lap yaxşı. Amma qalib gələn komanda ən çox hücum edən deyil, şanslarından maksimum istifadə edən komandadır.

Mbappeni necə dayandıra bilərik? O, artıq dayanıb, elə deyil? Əgər üç matçda qol vurmayıbsa, deməli, dayanıb. Düzdür? Yaxşı, qoy belə də davam etsin”, - mütəxəssis deyib.

İdman.Biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью