Olimpik Lionu Bakıda neçə azarkeş dəstəkləyəcək? Fransa klubu otel seçimini etdi

22.11.2024

Fanat saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Avropa Liqasının Liqa mərhələsinin V turu çərçivəsində noyabrın 18-də "Qarabağ"ın qonağı olacaq "Olimpik Lion"un Azərbaycana səfər proqramı bəlli olub.

Bu barədə Fanat.Az-a Ağdam təmsilçisinin sözçüsü Anar Hacıyev məlumat verib:

"Rəqib komanda noyabrın 26-da Bakıda olacaq. Hər şey planauyğun getsə, "Olimpik Lion" 21:35-də ölkəmizdə olacaq. Fransa təmsilçisi "Hilton" otelində məskunlaşacaq. "Lion"un oyundan dərhal sonra Fransaya qayıtması nəzərdə tutulub.

Qonaq azarkeşlər üçün 448 bilet ayrılıb. Matçı tribunalardan neçə fransalının izləyəcəyi təbii ki, oyun günü bilinəcək".

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda təşkil ediləcək matç saat 21:45-də başlayacaq.

Nihat

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью