Olimpik Lionu dəstəkləmək üçün Bakıya neçə azarkeş gələcək? AÇIQLAMA

27.11.2024

Fanat saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

UEFA Avropa Liqasının Liqa mərhələsinin 5-ci turunda "Qarabağ"ın qonağı olacaq "Olimpik Lion"u Bakıda hansı sayda azarkeşin dəstəkləyəcəyi müəyyənləşib.

Bunu Fanat.Az-a Ağdam klubunun mətbuat xidmətinin rəhbəri Anar Hacıyev deyib:

"Bildiyiniz kimi, rəqib azarkeşlər üçün 448 yer ayrılıb. Fransa komandasını təxminən 120-150 fanatın dəstəkləyəcəyi gözlənilir".

Qeyd edək ki, noyabrın 28-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq "Qarabağ" - "Olimpik Lion" matçının start fiti saat 21:45-də səsləndiriləcək.

Nihat

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью