Olimpiya çempionlarımız cüdo üzrə dünya reytinqində ilk “üçlüy”ə qayıdıblar | Icma.az
Icma.az xəbər verir, Idman.biz saytına əsaslanaraq. Azərbaycanın cüdo üzrə Olimpiya çempionları Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (
İdman.Biz xəbər verir ki, Beynəlxalq Cüdo Federasiyası (IJF) yarışın yekunlarına əsasən cüdoçuların yenilənmiş dünya reytinqini açıqlayıb.
Qeyd edək ki, Azərbaycan cüdoçuları Qvadalaxaradakı yarışda ümumilikdə doqquz medal – altı qızıl, üç bürünc qazanıblar.
Turnirin qalibləri Balabəy Ağayev (60 kq), Ruslan Paşayev (66 kq), Hidayət Heydərov (73 kq), Vüsal Qələndərli (81 kq), Zelim Kotsoyev (100 kq) və Uşangi Kokauri (+100 kq) olublar.
Bürünc medalları isə Əhməd Yusifov (60 kq), Rəşid Məmmədəliyev (73 kq) və Murad Fətiev (90 kq) əldə ediblər.
73 kq çəki dərəcəsində Hidayət Heydərov üç pillə irəliləyərək 4176 xalla dünya reytinqində üçüncü yerə yüksəlib.
Bu kateqoriyada Şahram Axadov (Özbəkistan, 4523 xal) və Tatsuki İşiara (Yaponiya, 4500 xal) ilk iki pilləni tutur.
Eyni çəki dərəcəsində Rəşid Məmmədəliyev iki pillə irəliləyərək 3917 xalla beşinci yeri tutur.
Tam oxu
Xəbəri oxu