Olimpiya çempionlarımızın medalları yenilənəcək Çingiz Hüseynzadə

18.02.2025

Apasport saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Biz medallarla bağlı öz müraciətimizi etmişik. Hazırda bu məsələdə, necə deyərlər, top Fransa Təşkilat Komitəsindədir”.

Apasport.az xəbər verir ki, bu sözləri Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə Azərbaycan idmançılarının “Paris-2024” Yay Olimpiya Oyunlarında qazandığı medalların yararsız hala düşməsi və mümkün dəyişdirilməsi barədə jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Təşkilat Komitəsi medalları hazırlayan şirkətlə danışıqlar aparır: “Medalların hansı şəkildə dəyişdiriləcəyi müəyyənləşir. Yəqin ki, bizə məlumat veriləcək və medallar yenilənəcək”.

Millimiz Danimarka yığması ilə görüşəcək Millimiz İspaniya yığmasına məğlub olub Avropa çempionatı: Badminton millimizin oyunlarının təqvimi açıqlanıb Milli Olimpiya Komitəsində federasiya nümayəndələri üçün seminar keçirilib Azərbaycan fiqurlu konkisürəni İtaliyadakı turnirdə üçüncü olub
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью