Olimpiya çempionu yanğında medallarını itirib İdman və Biz

09.01.2025

Icma.az bildirir, Idman.biz portalına istinadən.

Tanınmış amerikalı üzgüçü Geri Holl Kaliforniyada baş verən yanğınlarda, beşi qızıl olmaqla, 10 Olimpiya medalını itirib.

İdman.biz xəbər verir ki, bu barədə "Swimming World" portalı məlumat yayıb.

50 yaşlı Holl dağıdıcı Palisades yanğınında evi və çoxsaylı şəxsi əşyalarından məhrum olub. O, yalnız itini, babasının şəklini və qızının ona hədiyyə etdiyi taxta heykəlciyi götürməyə imkan tapıb.

Qeyd edək ki, Geri Holl beşqat Olimpiya çempionu və üçqat dünya çempionudur. O, Atalanta-1996 və Sidney-2000 olimpiadalarının hər birində iki, Afina-2004-də isə bir qızıl medal qazanıb.

İdman.biz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью