Olimpiya çempionunun atası vəfat edib

06.08.2026

Icma.az bildirir, 525.az saytına əsaslanaraq.

Avropa, dünya və Olimpiya çempionu Zelim Kotsoyevin ailəsinə ağır itki üz verib. Məşhur idmançının atası - Oleq Kotsoyev uzun sürən xəstəlikdən sonra vəfat edib.

Bu barədə Zelim Kotsoyevin üzvü olduğu "Judo Club 2012" idman klubu məlumat yayıb. Məlumatda bildirilir ki, klubun təsisçisi Azər Əsgərov kollektiv adından Zelim Kotsoyevə və ailə üzvlərinə dərin hüznlə başsağlığı verib.

Oleq Kotsoyev öz Vətənində - Şimali Osetiyanın Beslan şəhərində dəfn edilib.

Allah rəhmət eləsin.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью