Olimpiya çempionunun evindən 100 min dollarlıq oğurluq etdilər

06.06.2025

Baku.ws saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Məşhur avstraliyalı üzgüçü, on birqat dünya çempionu və dəfələrlə Olimpiya oyunlarınln qalibi olmuş Yan Torp qarət edilib.

BAKU.WS xəbər verir ki, bu barədə "9News" məlumat yayıb.

Bildirilib ki, naməlum şəxslər onun Sidneydəki evinə soxularaq qızıl-zinət əşyaları, bahalı saatlar və təxminən 100 min dollar dəyərində olan digər qiymətli əşyaları götürüblər.

Polislə əlaqə saxlayan idmançının özü qeyd edib ki, cinayətkarlar onun idman mükafatlarına, o cümlədən Olimpiya medallarına və dünya çempionluğu titullarına toxunmayıb, lüks əşyalar oğurlayıblar.

Hadisə ilə bağlı ardırma aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью