Olimpiya komitəsinin ilk qadın rəhbəri İdman və Biz

30.11.2024

Icma.az, Idman.biz saytına istinadən bildirir.

Avarçəkmə üzrə Olimpiya çempionu və "UK Sport" dövlət agentliyinin sədri Ketrin Qreyncer Britaniya Olimpiya Assosiasiyasının (BOA) rəhbəri seçilib.

İdman.biz xəbər verir ki, keçmiş idmançı sözügedən vəzifəni icra edən ilk qadın olacaq.

BOA 1999-cu ildən "Team GB" brendi adı altında fəaliyyət göstərir.

Ardıcıl beş olimpiadada medal qazanan yeganə britaniyalı qadın olan Qreyncer Milli Olimpiya Komitəsinin (MOK) üzvləri tərəfindən seçilib və 2016-cı ildə Sebastyan Koudan sonra bu vəzifəni tutan Hyu Robertsonu əvəz edəcək.

Qeyd edək ki, Qreyncer gələn ilin əvvəlində "UK Sport"da ikinci müddəti başa çatdıqdan sonra yeni vəzifəsinin icrasına başlayacaq.

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью