Olimpiya mükafatçılarımız flaşmobda FOTO İdman və Biz

08.11.2024

Icma.az bildirir, Idman.biz portalına istinadən.

Abşeron Milli Parkında "Sağlam Gələcək üçün Gənclər" (Y4HF) flaşmobu keçirilib.

İdman.biz xəbər verir ki, tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, İsveçrənin Azərbaycandakı səfiri Tomas Ştəli, UNİSEF-in Azərbaycandakı nümayəndəsi Saca Faruq Abdulla və digər rəsmi şəxslər iştirak ediblər.
Flaşmob iştirakçıları suyun həyat üçün əhəmiyyətini vurğulamaq məqsədilə Xəzər dənizinin sahilində "su" və "həyat" sözünün hərflərini formalaşdıraraq canlandırıb.

“Gənc İqlim Elçiləri”, 50-dən çox idmançı, o cümlədən Olimpiya və dünya çempionları, mükafatçılarının iştirak etdiyi layihənin əsas məqsədi gələcək nəsillər üçün su ehtiyatlarının qorunmasının vacibliyini vurğulamaqdır.

Aytac Sahəd
İdman.biz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью