Icma.az, sport24.az portalına istinadən məlumat yayır.
Madrid "Real"ının prezidenti Florentino Peres növbəti səs-küylü transferə imza atmağa hazırlaşır. Sport24.az insayder Fabrisio Romanoya istinadən xəbər verir ki, "Kral klubu"nun hədəfində bu dəfə "Bavariya"nın ulduzu Maykl Olisedir.
Mənbənin sözlərinə görə, Peres hazırda Maykl Olise üçün rəsmi təklif hazırlayır. Madrid təmsilçisinin rəhbərinin çərşənbə axşamı günü Münhen klubuna 150 milyon avro dəyərində rəsmi təklif göndərəcəyi gözlənilir.
Maraqlıdır ki, Florentino Peres ötən gün qonaq olduğu televiziya proqramında Olisenin transferi ilə bağlı yayılan xəbərləri təkzib etmişdi. Lakin insayderlərin iddiasına görə, klub rəhbəri bu keçid üçün danışıqları mediadan gizli şəkildə, intensiv olaraq davam etdirir.
Qeyd edək ki, hazırda tərəflərdən məsələ ilə bağlı rəsmi açıqlama verilməyib. Transferin reallaşıb-reallaşmayacağı yaxın günlərdə bəlli olacaq.