Olise uğrunda mübarizə qızışır: PSJ DƏ YARIŞA QOŞULDU

11.06.2026

Icma.az, Apasport portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Bavariya”nın futbolçusu Maykl Olise PSJ-nin maraq dairəsinə düşüb.

Apasport.az xəbər verir ki, Paris klubu yay transfer pəncərəsində fransalı vingeri heyətinə qatmağa çalışacaq.

PSJ rəhbərliyi bu keçidin müsbət nəticələnəcəyinə inanır.

Paris təmsilçisi futbolçunun transferində nikbin mövqe sərgiləyir.

Ötən mövsüm Olise Bundesliqada 32 oyuna çıxıb. O, bu matçlarda 15 qol vurub və 19 məhsuldar ötürmə edib.

Qeyd edək ki, daha əvvəl “Real”ın da futbolçu ilə maraqlandığı bildirilirdi. “Bavariya” prezidenti bu iddialara münasibət bildirərkən sərt açıqlama vermişdi.

DÇ həyəcanı başlayır! - Meksika CAR-a qarşı - YENİLƏNİR Premyer Liqada ayrılıq: Bissuma “Tottenhem”dən getdi “Beşiktaş”dan sonra “Amedspor” – Valerian İsmael Türkiyəyə qayıdır “Barselona” Reşford üçün 30 milyon ödəməyəcək “Mançester Yunayted”də 3 ayrılıq
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью