Olise Yamalı geridə qoydu

06.10.2026

Yenisabah saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

2025/26 mövsümünün başlanğıcından Lamine Yamal və Mikel Olisenin statistik göstəriciləri müqayisə olunub.

“Yeni Sabah” xəbər verir ki, məhsuldarlıq baxımından hər iki futbolçu öz komandaları üçün həlledici fiqura çevrilsələr də, rəqəmlər Olisenin hücum xəttində daha təsirli olduğunu göstərir.

Statistikaya əsasən, Lamine Yamal sözügedən dövr ərzində aktivinə 37 qol və 27 məhsuldar ötürmə yazdıraraq ümumilikdə 64 qol+assist göstəricisinə nail olub. İspaniyalı gənc vurulan qolların 7-sini penalti zərbəsindən torla buluşdurub və komandası ilə 3 kubok qazanıb. Dominos pizza

Fransa millisinin aparıcı üzvü Mikel Olise isə eyni dövrdə 39 qol və 39 assistlə ümumilikdə 78 qol+assist göstəricisinə imza ataraq rəqibini geridə qoyub. Heç bir penalti vurmadan bu yüksək göstəricini əldə edən Olise də Yamal kimi aktivinə 3 kubok yazdırmağı bacarıb.

Nazim Hacıyev


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью