Olisin “Bavariya”dakı taleyi dəqiqləşdi

26.07.2026

Icma.az, futbolpress-az portalına istinadən məlumat verir.

Fransalı futbolçu Maykl Olis “Bavariya”da qalacaq.

Futbolpress.az xəbər verir ki, bu barədə insayder Florian Plettenberq məlumat yayıb. Münhen klubu heç bir halda oyunçunu satmağı düşünmür.

Daha əvvəl “Real”ın Olislə ciddi maraqlandığı bildirilib. “Kral klubu”nun fransalı üçün 150 milyon avro ödəməyə hazır olduğu qeyd olunub.

24 yaşlı futbolçu Fransa millisi ilə dünya çempionatında 8 oyunda 7 məhsuldar ötürmə edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью