Qaynarinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bakıda fəaliyyət göstərən "Olive Garden” restoranında oğurluq hadisəsi baş verib.
Qaynarinfo-nun əldə etdiyi məlumata görə, restoranın kassasından 2000 manat oğurlanıb.
Cinayətin restoranda mühafizəçi işləyən şəxs tərəfindən törədildiyi məlum olub. Həmin şəxs cinayət məsuliyyətinə cəlb edib. Ona Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə ittiham elan edilib. Həmçinin barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
Cinayət işinə Səbail Rayon Məhkəməsində hakim Sahilə Bağırovanın sədrliyi ilə baxılıb. Təqsirləndirilən şəxs məhkəmədə əməlini etiraf edib. Həmçinin məlum olub ki, zərərçəkmişlə barışıq əldə edib.
Müttəhim əməlindən peşman olduğunu və ona yüngül cəza təyin edilməsini xahiş edib.
Məhkəmənin hökmü ilə ona 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Onun şübhəli şəxs kimi tutulduğu 2 gün və axtarışda olan şəxs kimi saxlanıldığı 1 gün müddət 1 günə 2 gün hesabı ilə təyin edilmiş cəzadan çıxılıb və üzərində qəti olaraq 1 il 11 ay 24 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb.
Seyid