Oliver Kan bu klubu almaq istəyir

03.01.2025

Icma.az bildirir, Qol.az portalına istinadən.

"Bavariya"nın keçmiş qapıçısı və baş direktoru Oliver Kan klub sahibi ola bilər.

QOL.az  "Sud-Quest"ə istinadən xəbər verir ki, o, Fransanın "Bordo" klubunu almaq istəyir. Klubun hazırkı sahibi Jerar Lopeslə danışıqları "Marsel"in eks-prezidenti Jak Anri Ayro aparır.

Ötən yay "Bordo" maliyyə problemlərinə görə Fransanın 4-cü divizionuna düşüb. Komanda hazırda 12 oyundan sonra 21 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.

Kan 2021-2023-cü illərdə "Bavariya"nın baş direktoru vəzifəsində çalışıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью