Olivye Jiru karyerasını bu tarixdə bitirəcək

29.09.2026

Milli.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Fransa millisinin sabiq hücumçusu Olivye Jiru peşəkar futbolçu kimi son mövsümünü keçirəcəyini açıqlayıb.

Milli.Az-ın xarici mətbuata istinadən məlumatına görə, 39 yaşlı forvard bildirib ki, 2026/2027-ci illər mövsümünün başa çatması ilə futbolçu karyerasına son qoymağı planlaşdırır. O, hazırkı mövsümün karyerasında sonuncu ola biləcəyini anlayaraq, keçirdiyi hər oyundan və məşqdən maksimum zövq almağa çalışdığını qeyd edib.

Qeyd edək ki, Olivye Jiru 2025-ci ilin yayından "Lill"in heyətində çıxış edir. Fransalı hücumçu daha əvvəl "Los-Anceles", "Milan", "Çelsi" və "Arsenal" klublarının formasını geyinib.

Olivye Jiru Fransa millisinin heyətində 2018-ci ildə Rusiyada keçirilən dünya çempionatının qalibi olub. Maraqlıdır ki, hücumçu turnirin bütün oyunlarında meydana çıxmasına baxmayaraq, mundialı qol vurmadan başa vurub.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью