Olivye Jiru qol rekorduna görə Mbappeni təbrik etdi

17.06.2026

Azpost saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Fransa millisinin keçmiş hücumçusu Olivye Jiru milli komandada vurduğu qol rekordunu qıran “Real Madrid”in hücumçusu Kilian Mbappeni təbrik edib.

Bu barədə BBC-nin məlumatında deyilir.  “Təbrik edirəm, Kilian! Bu, tamamilə gözlənilən idi. O, bütün rekordları qıracaq. Mən onun üçün çox şadam”, – deyə Jiru bildirib.

Dünya Kubokunun qrup mərhələsinin ilk oyununda Fransa Seneqalı 3-1 hesabı ilə məğlub edib. 27 yaşlı Mbappe iki qol vuraraq, 58 qolla Fransanın bütün zamanların ən çox qol vuran oyunçusu olub. Jirunun hesabında 57 qolu var.

İkinci turda Fransa 22 iyunda İraqla, Seneqal isə Norveçlə qarşılaşacaq.

AzPost.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью