Ölkə banklarının faiz gəlirləri 18% dən çox artıb

02.03.2026

Banco.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Müəllif: Gülnar Əhmədli, Banco.az

Bu ilin fevral ayının əvvəlinə Azərbaycan bankları 446.6 milyon manat faiz gəlirləri əldə ediblər. 

Banco.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Məlumata görə, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 60.4 milyon manat və ya 18.4% çoxdur.  

Qeyd edək ki, bankların faiz gəlirlərinin məbləği ötən ilin fevral ayının əvvəlinə 377.2 milyon manata bərabər olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью