Ölkə banklarının faiz gəlirləri 2 mlrd. manata yaxınlaşıb

30.06.2025

Icma.az, Banco.az portalına istinadən məlumatı açıqlayır.

Müəllif: Gülnar Əhmədli, Banco.az

Bu ilin iyun ayının əvvəlinə Azərbaycan bankları 1 milyard 956 milyon manat faiz gəlirləri əldə ediblər. 

Banco.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Məlumata görə, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 329.8 milyon manat və ya 20.3% çoxdur.  

Qeyd edək ki, bankların faiz gəlirlərinin məbləği cari ilin yanvar ayının əvvəlinə 3 milyard 969 milyon manat, ötən ilin iyun ayının 1-də isə 1 milyard 626.2 milyon manata bərabər olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью