Ölkə banklarının faiz gəlirləri 3 mlrd. manatı ötüb

01.10.2025

Banco.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Müəllif: Gülnar Əhmədli, Banco.az

Bu ilin iyul ayının əvvəlinə Azərbaycan bankları 3 milyard 237 milyon manat faiz gəlirləri əldə ediblər. 

Banco.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Məlumata görə, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 589.2 milyon manat və ya 22,2% çoxdur.  

Qeyd edək ki, bankların faiz gəlirlərinin məbləği cari ilin yanvar ayının əvvəlinə 3 milyard 969 milyon manat, ötən ilin sentyabr ayının 1-də isə 2 milyard 648 milyon manata bərabər olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью