Ölkə banklarının faiz gəlirləri 3.6 mlrd. manatı ötüb

30.10.2025

Banco.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Müəllif: Gülnar Əhmədli, Banco.az

Bu ilin oktyabr ayının əvvəlinə Azərbaycan bankları 3 milyard 667 milyon manat faiz gəlirləri əldə ediblər. 

Banco.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Məlumata görə, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 783.4 milyon manat və ya 27,2% çoxdur.  

Qeyd edək ki, bankların faiz gəlirlərinin məbləği cari ilin yanvar ayının əvvəlinə 3 milyard 969 milyon manat, ötən ilin oktyabr ayının 1-də isə 2 milyard 883.4 milyon manata bərabər olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью