Ölkə banklarının faiz gəlirləri 4 mlrd. manata yaxınlaşıb

11.02.2025

Banco.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Müəllif: Gülnar Əhmədli, Banco.az

Bu ilin yanvar ayının əvvəlinə Azərbaycan bankları 3 milyard 969 milyon manat faiz gəlirləri əldə ediblər. 

Banco.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Məlumata görə, bu, 1 ay əvvələ nisbətən 10,3%, 2024-cü ilin eyni dövrü ilə müqayisədə isə 13,7% çoxdur.  

Qeyd edək ki, bankların faiz gəlirlərinin məbləği ötən ilin dekabr ayının əvvəlinə 3 milyard 598 milyon manat, ötən ilin yanvar ayının 1-də isə 3 milyard 492 milyon manata bərabər olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью