Ölkə birinciliyində həyəcanlı açılış

08.08.2026

futbolpress-az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Binə Atçılıq Mərkəzində kamandan oxatma üzrə Azərbaycan çempionatı və ölkə kubokunun təntənəli açılışı olub.

Futbolpress.az xəbər verir ki, tədbirdə Azərbaycan Kamandan Oxatma Federasiyasının baş katibi Fərid Xəlilov, Xəzər Gənclər Evi Sosial Xidmət Müəssisəsinin rəhbəri Pərvin Şirvani və Gənclər və İdman Nazirliyinin Strateji Təhlil Sektorunun müdiri Ülviyyə Hacıyeva çıxış edərək iştirakçıları salamlamaqla yarışa rəsmi start veriblər.

Turniri yerində izləyənlər arasında Azərbaycan Respublikası Atçılıq Federasiyasının prezidenti Elçin Quliyev də olub.

Böyük maraqla qarşılanan birincilikdə U-18 kateqoriyasında yarışan oxatanlar 60 metr, böyüklər isə 70 metr məsafədən hədəfi nişan alıblar. Həlledici mərhələyə adlayan idmançıların adları artıq bəllidir.

U-18 yaş qrupunda qızlar arasında çempionluq titulu uğrunda Sümeyyə Bədəlli ilə Şəms Heybətova, 3-cü yer üçün isə Yağmur Qurbanlı ilə Zəhra Carçılı üz-üzə gələcək. Oğlanların turnirində baş mükafatı Sərdar Vəliyevlə Zahid Kazımzadə, bürünc medalı isə Cəmil Novruzovla Hüseyn Məhərrəmov öz aralarında bölüşdürəcəklər.

Böyüklərin mübarizəsində qadınlar arasında qızıl medal görüşündə Fatimə Hüseynli və Lalə Əbdürəhmanova, 3-cü yer uğrunda batseylədə isə Svetlana Simonova və Yaylagül Ramazanova qarşılaşacaq. Kişilərin yarışında çempionluq Nurlan Rəhimli ilə Əli Qənbərli, bürünc mükafat isə Salman Dadaşovla Amiran Morozeviç arasında oynanılacaq.

Yarışın final qarşılaşmaları sabah keçiriləcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью