Ölkə çempionatına yekun vurulub

01.12.2024

Apasport portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bu gün cüdo üzrə Azərbaycan çempionatına yekun vurulub.

Apasport.az xəbər verir ki, komanda yarışları keçirilib.

Yarışda qadınlar arasında 7 komanda 5 çəkidə - 52 kq, 57 kq, 63 kq, 70 kq və 70 kq dərəcələrində mübarizə aparıb. Finalda "Neftçi" və "Şuşa" cüdoçuları qarşılaşıblar. Gərgin mübarizənin yekununda "Neftçi" 3:2 hesabı ilə qalib gələrək, qızıl medallara sahib olub.

Kişilər arasında isə 9 komanda kubok uğrunda qüvvəsini sınayıb. Onlar 66 kq, 73 kq, 81 kq, 90 kq və +90 kq çəki dərəcələrində tatamiyə çıxıblar. Qızıl uğrunda "Cüdo klubu 2012" və "Atilla" yarışıblar. Daha güclü olan birincilər Azərbaycan çempionu tituluna yiyələniblər.

Qeyd edək ki, çempionatın ilk iki günündə şəxsi yarışlarda qaliblər müəyyənləşib.

Cüdo üzrə Azərbaycan çempionatının püşkatma mərasimi keçirilib Hakimlərə seminar keçirilib Sübhan Axundov Avropa çempionu olub Cüdoçularımız Avropa Kubokunda 4 medal qazanıb Cüdoçularımız Göygöldə təlim-məşq toplanışında iştirak ediblər
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью