Icma.az, futbolpress-az portalına istinadən məlumatı açıqlayır.
Azərbaycan Voleybol Federasiyası (AVF) ilə Gənclər və İdman Nazirliyinin birgə təşkil etdiyi çimərlik voleybolu üzrə klublararası ölkə çempionatına yekun vurulub.
Futbolpress.az xəbər verir ki, avqustun 4-də başlayan turnirin son günündə həlledici qarşılaşmalar oynanılıb.
Qadınların mübarizəsində “Azərreyl Salam” komandası “Azərreyl Salam Sharing”ə 2:0, kişilərin yarışında isə “FHN-2” klubu “Djevo”ya 2:1 hesabı ilə üstün gələrək çempionluq kubokunu başı üzərinə qaldırıb.
Bakı Su İdmanı Sarayında baş tutan final matçlarının ardından qaliblərin mükafatlandırılması və təntənəli bağlanış mərasimi keçirilib. Fərqlənən komandalara mükafatları AVF prezidenti Şahin Bağırov, baş katib Faiq Orucov və İdarə Heyətinin üzvü Elqar Bağırov təqdim ediblər.
Qızıl medal qazanan kollektivlər bu il təşkil olunacaq klublararası Avropa çempionatında Azərbaycanı təmsil etmək hüququ əldə edi
blər.