Icma.az, Apasport portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bu gün şahmat üzrə Azərbaycan çempionatında medallar uğrunda görüşlərə start veriləcək.
Apasport.az xəbər verir ki, kişilərin yarışında çempionluğun taleyi Məhəmməd Muradlı və Şəhriyar Məmmədyarov arasındakı mübarizədə həll olunacaq.
Üçüncü yer uğrunda dueldə Read Səmədovla Aydın Süleymanlı yarışacaq.
Qadınların finalında Ülviyyə Fətəliyeva və Ayan Allahverdiyeva qarşılaşacaq. Bürünc medal uğrunda görüşdə Gülnar Məmmədova Türkan Məmmədyarovaya rəqib olub.
Şahmatçılar arasında cavab görüşləri sabah keçiriləcək.
Ölkə çempionatının bağlanış mərasimi bazar günü təşkil olunacaq.
1/4 finalın ikinci partiyaları oynanılıb Şəhriyar Məmmədyarov: “Qarabağ” adi komanda deyil“ Ölkə çempionatı: 1/4 finalın ilk partiyaları keçirilib - FOTO Azərbaycan çempionatında 1/4 finalçılar müəyyənləşib Ölkə çempionatı: 1/4 finalın ilk iştirakçıları müəyyənləşib - FOTO