Ölkə çempionatında pley offa yüksələn 8 komanda müəyyənləşib

17.01.2025

Icma.az bildirir, sport24.az portalına istinadən.

Minifutbol üzrə Azərbaycan çempionatında mükafatlar uğrunda mübarizəni davam etdirəcək komandalar bəlli olub. Sport24.az xəbər verir ki, yarışda ilkin mərhələ başa çatıb.

Bununla da pley-offa 8 vəsiqənin sahibi müəyyənləşib. Turnir cədvəlinin ilk səkkiz komandası mübarizəni davam etdirəcək. Bunlar "Birbaşa Bakı", "Zirə", "Aznur", "Qalaksi", "Sumqayıt", "Göyçə", "Star Bakı" və "Laçın"dır.

Qeyd edək ki, ötən mövsümdə çempion titulunu "Birbaşa Bakı" qazanıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью