futbolpress-az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Şamaxı rayonunun Çuxuryurd gölündə balıqtutma (karpfişinq) üzrə ölkə çempionatına yekun vurulub.
Futbolpress.az xəbər verir ki, yarış Gənclər və İdman Nazirliyi, Azərbaycan Su İdman Növləri Federasiyası (ASİNF) və “Bakı” Balıqçılar və Sualtı Ovçular Klubunun birgə təşkilatçılığı ilə baş tutub.
Üç gün davam edən çempionatın yekun nəticələrinə əsasən, “Bakı” Balıqçılar və Sualtı Ovçular Klubunu təmsil edən “Karp Pro” komandası (Azər Əliyev, Nihad Camalov, Hüseyn Qeibi) Azərbaycan çempionu adını qazanıb.
İkinci yeri “Delfinq Fişinq Klubu”nun “Qarabağ” komandası (Sahil Ağamalıyev, İsa Əliyev, Elmir Səfiyev), üçüncü yeri isə Azərbaycan Karpfişinq Klubunun “AzKarp” kollektivi (Əhməd Məmmədov, Faiq Şirinbəyli, Əli Məmmədov) tutub.
Fərqlənən iştirakçılara kubok, medal və fəxri fərmanlar təqdim edilib. Ən böyük balığı tutan “Karp Pro” komandası isə xüsusi mükafata layiq görülüb.
Sazan balığının xüsusi qaydalarla tutulmasına əsaslanan bu idman növündə bütün balıqlar hakimlər tərəfindən qeydə alındıqdan sonra zədələnmədən reabilitasiya olunaraq yenidən suya buraxılıb.