Ölkə çempionu aşağı liqaya düşdü

28.11.2026

Icma.az, Qol.az portalına istinadən məlumatı açıqlayır.

Ölkə çempionu aşağı liqaya düşdü

Belarus futbolunun ən titullu klubu BATE tarixində ilk dəfə ölkə çempionatının yüksək liqasını tərk edib.

QOL.az xəbər verir ki, Borisov təmsilçisi 2026-cı il mövsümünü 15-ci pillədə başa vuraraq aşağı liqaya düşüb. 

Komanda keçirdiyi 30 oyunda cəmi 5 qələbə qazanıb, 10 dəfə heç-heçə edib və 15 məğlubiyyətlə üzləşib. BATE çempionatın son turunda “İsloç”la 1:1 hesablı heç-heçə edib.

Qeyd edək ki, BATE Belarus futbolu tarixində 29 titul qazanıb. Komanda 2006-2018-ci illərdə ardıcıl 13 dəfə ölkə çempionu olub. Ümumilikdə 15 çempionluqla Belarus rekordunu əlində saxlayan klubun hesabında 6 ölkə kuboku və 8 Superkubok da var.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью