futbolpress-az saytından alınan məlumata görə, Icma.az bildirir.
Peşəkar Çövkən Liqasında 2026-cı il mövsümünün qalibi vaxtından əvvəl müəyyənləşib.
Futbolpress.az xəbər verir ki, “Sərhədçi” komandası növbəti turda “Zəfər” kollektivini 1:0 hesabı ilə üstələyərək son qarşılaşmanın nəticəsindən asılı olmayaraq Azərbaycan çempionluğunu rəsmiləşdirib.
Turun digər prinsipial görüşündə isə “Elite” komandası “Polad”a 2:3 hesabı ilə məğlub olaraq qızıl medal şanslarını itirib.
Yarışın son turunda çempion “Sərhədçi” ilə “Elite” üz-üzə gələcək. Əgər “Elite” bu görüşdə xal itirərsə və matçda “Polad” “Şamaxı”nı məğlub etməyi bacarsa, gümüş medallar “Polad” komandasının olacaq.