Fanat portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Futzal üzrə UEFA Çempionlar Liqasına hazırlığı davam etdirən "Araz-Naxçıvan" daha bir transfer reallaşdırıb.
Klubun yeni prezidenti Mahmud Sadıqovun Fanat.Az-a verdiyi məlumata görə, iranlı Kerimi Mehrdad ilə müqavilə imzalanıb.
Ölkə çempionu müdafiəçi ilə 1 illik anlaşıb. O, oktyabrın 1-də yeni klubunun düşərgəsinə qoşulacaq.
Qeyd edək ki, oktyabrın 27-dən 30-dək Polşada keçiriləcək UEFA Çempionlar Liqasının əsas mərhələsində təmsilçimizin rəqibləri meydan sahibi “Piast”, həmçinin “Buba Mara” (Bosniya və Herseqovina) və “Uypest” (Macarıstan) komandaları olacaq.
Mirağa