Ölkə dağ velosipedi kuboku başa çatıb

13.10.2026

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

Gənclər və İdman Nazirıiyi və Azərbaycan Velosiped İdmanı Federasiyasının 2026-cı il üçün təsdiq edilmiş təqvim planına əsasən dağ velosipedi (MTB) üzrə ölkə kuboku yarışının 3-cü mərhələsi keçirilib.

30-dan artıq idmançı mübarizə apardığı yarışda Elit, U23 və gənc oğlanlar arasında Respublika Olimpiya Velosiped Məktəbinin (ROEQİUGVM) təmsilçiləri fərqləniblər. Mirmövsüm Cəbrayılov fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Kamal İsmayılov 2-ci, Kənan Eyvazov isə 3-cü yeri tutub. U17 kateqoriyasında Əli Zeynalzadə, Toğrul Məmmədli və Kənan Eyvazov (hamısı ROEQİUGVM) müvafiq olaraq ilk 3 pillədə qərarlaşıblar.

U15 yaş kateqoriyasında da ROEQİUGVM idmançıları hamıdan güclü olublar – Məhəmmədəli Ağazadə qızıl, Mirəli Miryəhyayev gümüş, Kamran Abdullayev isə bürünc medala layiq görülüb.

Qabil YUSİFOĞLU
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью